Qvardiyaçılara atəş açmaqda şübhəli bilinən şəxs vaxtilə ABŞ kəşfiyyatına işləyib

13:21 27.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vaşinqtonda qvardiyaçılara atəş açmaqda şübhəli bilinən şəxs vaxtilə Əfqanıstanda ABŞ-nin müxtəlif hökumət qurumlarına, o cümlədən kəşfiyyata işləyib.

Hafta.az xəbər verir ki, bunu "Fox News" telekanalına müsahibəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff bəyan edib.

"Bayden Administrasiyası şübhəli bilinən hücumçunun ölkəyə gəlişinə onun ABŞ hökuməti, o cümlədən MKİ ilə keçmiş əməkdaşlığına görə icazə verib", - deyə Retkliff bildirib.

Xatırladaq ki, noyabrın 26-da Ağ Evin yaxınlığında atışma baş verib. Naməlum şəxs Milli Qvardiyanın iki xidmətçisinə atəş açıb: "ABC News"un məlumatına görə, söhbət bir kişi və qadından gedir. Onlar xəstəxanaya yerləşdiriliblər.

ABŞ polisi atəş açmaqda şübhəli bilinən şəxsin saxlanıldığını bildirib. Qeyd olunub ki, o, tək fəaliyyət göstərib.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ağ Ev yaxınlığında atəş açan şəxsin məqsədinin müəyyən edilmədiyini bildirib. Daha sonra ABŞ Prezidenti Donald Tramp bu hadisəni terror aktı və insanlığa qarşı cinayət adlandırıb.